Zidan yayda “Real Madrid”i tərk edə bilər

SAVASH.ORGsavash.org


İspaniya “Real Madrid”inin baş məşqçisi Zinəddin Zidan cari mövsümün sonunda istefa verməyi düşünür.

“Report” “TeleMadrid”ə istinadən xəbər verir ki, fransalı mütəxəssis son vaxtlar mətbuatda qovulacağı ilə bağlı yayılan məlumatlardan məmnun deyil.

Onun mümkün gedişinin səbəbinin mənəvi yorğunluq olduğu bildirilib.

Daha əvvəl AS nəşri 49 yaşlı mütəxəssisin Yoahim Löv və ya Raul Qonsaleslə əvəzlənə biləcəyini yazıb.

Qeyd edək ki, Zinəddin Zidan 2019-cu ildən “Real Madrid”in sükanı arxasındadır. O, 2016 – 2018-ci illərdə də komandanın baş məşqçisi olub.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org