Yunanıstan may ayından etibarən koronavirusla bağlı məhdudiyyətləri tədricən ləğv edəcək

SAVASH.ORGsavash.org


Yunanıstan hökuməti may ayının əvvəlindən başlayaraq koronavirusla bağlı məhdudiyyətləri ləğv etməyə başlayacaq.

AZƏRTAC ölkənin Baş naziri Kiriakos Mitsotakisa istinadla xəbər verir ki, hazırda əsas məsələ Pasxa bayramını təhlükəsiz keçirmək və bundan sonra tədricən ölkəni xarici turistlərə açmaq, məhdudiyyətləri daxildə aradan qaldırmaqdan ibarətdir. Beləliklə, mayın 3-dən etibarən ölkədə restoranlar, kafelər, barlar açıq havada müştərilərinə xidmət göstərə bilər. Ölkə daxilində rayonlar arasında hərəkət mayın 15-dən sonra bərpa olunacaq. Ölkəyə turistlərin gəlişinə icazə vermək də mayın 15-dən sonraya planlaşdırılır.

Yunanıstanda günlük virusa yoluxma hallarının hələ də yüksək olmasına baxmayaraq, bunun tezliklə stabilləşəcəyinə inandığını deyən Baş nazir vətəndaşları peyvənd olmağa çağırıb. Artıq Avropa İttifaqı, Şengen zonası, Böyük Britaniya, ABŞ, BƏƏ, Serbiya və İsraildən gələn vətəndaşlar üçün karantin aradan götürülüb. Bu ölkələrdən gələn vətəndaşlar yalnız peyvənd olunma barədə sənəd və ya 72 saat əvvəl edilən koronavirusa yoluxma üzrə neqativ testi göstərdikdən sonra ölkəyə daxil ola bilər.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org