Yük maşınının sürücüsündən cəsur hərəkət: Həyatını təhlükəyə ataraq faciənin qarşısını aldı

SAVASH.ORGsavash.org


Sosial şəbəkələrdə həyatını təhlükəyə ataraq böyük bir faciənin qarçısını alan sürücü barədə görüntülər yayılıb.

Videoda içində sürücüsü olmayan yük maşınının qəfil hərəkət etməyə başlaması və ətrafdakıların onu saxlamağa çalışması əks olunub. Bu mənzərədə ən dəhşətlisi isə maşının qaz balonları ilə yüklənməsi olub.

“Daily Mail”in məlumatına görə, kadrlar Braziliyanın İbirit regionundandır.

Bildirilir ki, sürücü maşını neytralda saxlayaraq sənəd məsələlərini həll etməyə gedib. O, qayıdıb yerində oturana kimi isə maşın özü-özünə hərəkətə gəlib. Müəssisə başdan-ayağa qaz balonları ilə dolu olduğu üçün, fəhlələr qəzanın nə ilə nəticələnə biləcəyini görüb, ani qərarla hərəkətə keçirlər. Xoşbəxtlikdən sürücü maşını son anda saxlaya bilir.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org