Yaponiyada pişik polis rəisi təyin olundu – VİDEO

SAVASH.ORGsavash.org


Yaponiyanın Toyama şəhər hakimiyyəti Koko ləqəbli pişiyi yerli polis idarəsinin rəisi təyin edib.

TASS xəbər verir ki, ölkənin ictimai televiziyasının məlumatına görə, dördayaqlı öz səlahiyyətlərini cəmi bir gün ərzində icra edib. Pişik ötən ilin yayında insan həyatını xilas etdiyi üçün belə mükafatlandırılıb.

Ötən yay yerli sakinlərdən biri pişiyin suvarma kanalına diqqətlə baxdığını görərək, vəziyyətdən şübhələnib. Bir qədər yaxına getdikdə isə azacıq suyun axdığı kanalda huşsuz kişi bədəninin olduğunu fərq edib. Zərərçəkmiş dərhal kanaldan çıxarılıb, pişik isə xüsusi medalla mükafatlandırılıb.

 

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org