Xətaidə maskalılar evə basqın etdilər – VİDEO

SAVASH.ORGsavash.org


Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən evlərdən birində qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 19 aprel 2021-ci il tarixində gecə saat 03 radələrində yaşadığı mənzildə tək olan zaman üzlərində maska olan naməlum şəxslər evin giriş qapısının açıq olmasından istifadə edərək mənzilə daxil olublar.Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətindən Bakupost.az -a verilən məlumata görə, daha sonra həmin şəxslər onun boğazından tutaraq həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib pul və qızıl-zinət əşyaları tələb ediblər. Bu zaman qadın yataq otağında pulun yerini göstərəcəyi bildirərək orada quraşdırılan siqnalizasiya sistemini işə salıb. Yaranan səsdən sonra həmin şəxslər qaçaraq mənzili tərk ediblər. Hadisə yerindən uzaqlaşan zaman onlar qadının 1500 manat pulunu da götürüblər.
Sonxeberler.org