Vaşinqton və Bağdad ABŞ-ın döyüş birliklərini geri çəkmək planları ilə bağlı razılığa gəlib

SAVASH.ORGsavash.org


 

ABŞ və İraq amerikalı hərbi qulluqçuların İraqdan çıxarılması barədə ilkin razılığa gəliblər. Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departmentinin mətbuat xidməti məlumat yayıb.

“Strateji Dialoq” adlandırılan ABŞ və İraq arasındakı danışıqların üçüncü mərhələsinin yekunlaşmasının ardınca verilən ortaq açıqlamada iki tərəfinABŞ hərbi varlığının qeyri-döyüş roluna keçmək barədə razılığa gəldiyi qeyd olunur.

İraqın milli təhlükəsizlik müşaviri Qasem al-Araji, keçirdiyi mətbuat konfransında müzakirələrin ABŞ döyüş birliklərinin geri çəkilməsi istiqamətində “əhəmiyyətli irəliləyiş” ilə nəticələndiyini bildirib.

Pentaqonun məlumatına görə, ABŞ İraqda İŞİD-lə mübarizə üçün 2500 hərbi qulluqçu saxlayır.

Sevinc Əliyeva
Ordu.az

 

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org