UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə start verilib

SAVASH.ORGsavash.org


UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Gecənin ən maraqlı görüşü İspaniyada baş tutub. İngiltərənin “Liverpul” komandası ilə üz-üzə gələn “Real Madrid” rəqibini 3:1 hesabı ilə məğlub edib. Qarılaşmada ilk qol 27-ci dəqiqədə vurulub. Vinisius Junior meydan sahiblərini önə çıxarıb. Doqquz dəqiqə sonra Marko Asensio fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya daha yaxşı başlayan qonaqlar 51-ci dəqiqədə Məhəmməd Salahın qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıb. Lakin 65-ci dəqiqədə dubl edən Junior mersisaydlıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Digər oyunda isə “Mançester Siti” İngiltərədə Almaniyanın “Borussiya Dortmund” klubuna 2:1 hesabı ilə qalib gəlib. Matçda hesabı 9-cu dəqiqədə “şəhərlilər”in yarımmüdafiəçisi Kevin De Bröyne açıb. Dortmund təmsilçisi bu qola 84-cü dəqiqədə cavab verib. Marko Roys tarazlığı bərpa edib. Xosep Qvardiolanın komandası 90-cı dəqiqədə Fil Fodenin vurduğu qolla çətin qələbə qazanıb.

Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org