Tutqun və parlaq gələcək arasında

SAVASH.ORGsavash.org

Neft asılılığına qarşı “resept” və fürsət – təhsil, texnoloji inkişaf və bərəkətli Qarabağ torpağı…

Nauru Respublikası Sakit okeanda yerləşən mikro-ada dövlətdir. Cəmi 11 min əhalisi var. Düşünün ki, bu dövlətin heç paytaxtı da yoxdur. Milli valyuta kimi isə Avstraliya dollarından istifadə edirlər.

Nauru 1970-ci illərin ortalarından etibarən iqtisadi çiçəklənmə dövrü yaşadı. Ölkədə adam başına düşən Ümumi Daxili Məhsulun həcmi 50 min dollara yüksəldi. O vaxt dünyada yalnız Səudiyyə Ərəbistanı neft amilindən dolayı bu göstəriciyə görə Naurudan irəlidə idi.

Son vaxtlarda Nauruda vəziyyət kəskin şəkildə pisləşib. İndi adambaşına düşən Ümumi Daxili Məhsulun dəyəri 5 min dollar civarındadır. Bu isə 10 dəfə azalma deməkdir. Müvafiq olaraq yaşam standartlarında da kəskin geriləmə müşahidə olunur.

The

Müqayisə üçün deyək ki, adambaşına düşən Ümumi Daxili Məhsulun dəyəri Azərbaycanda 4.5 min dollara yaxındır.

Naurunun iqtisadi yüksəlişdən sonra dərənin dibinə yuvarlanması, kəskin tənəzzülə uğraması nə ilə bağlıdır? Səbəb çox sadədir. 1980-ci illərin əvvəllərində Nauruda dəniz quşlarının nəcisindən yaranan guano ehtiyatlarının hasilatına başlandı. Guano fosfat və kalium baxımından zəngindir. Nauru iqtisadiyyatı guano ehtiyatlarının ixracı ilə canlandı. Bu işi fosfat şirkəti olaraq tanınan RONPhos həyata keçirirdi.

Науру-Аиво

Nauru

Zaman keçdikcə mikrodövlətin guani ehtiyatları tükənməyə başladı. Əvvəl hər ailənin həyətində 2-3 bahalı avtomobil olardı. Tədricən həmin avtomobillər köhnəldi, yenilərini almaq isə mümkün olmadı. Çünki yerli əhalinin gəlirləri yuxarıda vurğuladığımız kimi ən azı 10 dəfə azaldı. İndi vəziyyət belədir ki, Nauru Avstraliyanın müstəmləkəsi qismində görünür. Avstraliya bu ölkəyə dəniz yolu ilə gələn mühacirləri birbaşa Nauru adasında yerləşən düşərgəyə göndərir. Həmin düşərgədə məskunlaşan mühacirlərin kimliyi araşdırılır. Hökumət kimləri mühacir olaraq qəbul etməyi lazım bilirsə, həmin adamların Avstraliyaya girişinə icazə verilir. Müraciəti rədd edilən mühacirlər isə Avstraliya torpağına qədəm qoymadan, elə Nauru adasından geri qaytarılır. Təbii ki, Nauru adasındakı bu mühacir düşərgələrinə görə Avstraliya Nauru Respublikasına müəyyən vəsait ödəyir. Ancaq bu vəsait ada sakinlərinin yaxşı yaşaması üçün yetərli deyil.

Bir az əvvəl oxudum ki, Neft Fondundan Azərbaycan büdcəsinə daxil olan neft gəlirləri kəskin şəkildə azalıb. Düşünün ki, indi bir barel Azərbaycan neftinin qiyməti 61.6 dollardır. Yəni, qiymət kifayət qədər yüksəkdir. Yaxın illərin söhbətdir. Biz neftin dünya bazarında az qala havayı satılmasının da şahidi olduq.

OPEC

Azərbaycanın iqtisadiyyatı neftdən asılıdır. Neft faktoru olmasa, Azərbaycanda həyat şəraiti indiki ilə müqayisədə son dərəcə pisləşər. Bu, mübahisə doğurmayan bir həqiqətdir. O da etiraf olunmalıdır ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında da neftdən gələn gəlirlər həlledici rol oynayıb.

Özü də iqtisadiyyatı neftdən asılı olan ölkə tək Azərbaycan deyil. Belə ölkələr çoxdur. Məsələn, iqtisadiyyatının neftdən asılı olduğu digər 7 ölkə var. Həmin ölkələrin siyahısına diqqət edək: Əlcəzair, Bruney, İraq, Küveyt, Liviya, Sudan, Venesuela.

2014-ciilin iyununda bir barel neftin qiyməti 115 dollar idi. 2016-cı ilin fevralında isə qiymət birdən birə 35 dollara düşdü. Nəticədə iqtisadiyyatı neftdən asılı olan ölkələr şok yaşadı. O vaxt Azərbaycan manatının yaşadığı böhran hamımızın yadındadır…

Elə ölkələr var ki, onların iqtisadiyyatı kənd təsərrüfatından asılıdır. Məsələn, Liberiya (76.9), Somali (60.2), Qvineya-Bisau (55.8) kimi ölkələr buna misal ola bilər. Daha 4 Afrika ölkəsinin iqtisadiyyatının 50 faizdən çoxu kənd təsərrüfatına bağlıdır.

İqtisadiyyatın bu və ya digər sahədən asılı vəziyyətə düşməsi təhlükə riskini artırır. Məsələn, bəllidir ki, ABŞ ilə OPEK-in əsas oyunçusu olan Səudiyyə Ərəbistanının birgə planı əsasında (“neft qiymətləri müharibəsi”) SSRİ kimi dövlətin iqtisadiyyatı çökdü. Neftin kəskin ucuzlaşması SSRİ-nin dağılmasına səbəb oldu.

ABŞ,

ABŞ hazırda Rusiya çökdürmək üçün də bu plandan istifadə etməyə çalışır. Rusiya iqtisadiyyatının 70 faizdən çoxu neftdən asılıdır. Təbii qazdan da Rusiya xeyli pul qazanır. “Şimal axını-2” Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər ümumi gücü illik 55 milyard kubmetr olan iki boru kəmərinin inşasını nəzərdə tutulur. Kəmər demək olar ki, hazırdır. Ancaq ABŞ bu kəmərin tamamlanmasına imkan vermir. Çünki bu kəmərin işə düşməsi Rusiyanın maliyyə imkanlarının əhəmiyyətli şəkildə artmasına gətirib çıxaracaq. Bu isə Amerikaya qətiyyən lazım deyil…

O da faktdır ki, dünyada neftə olan tələbat getdikcə azalacaq. Bu meyl açıq şəkildə ortadadır. Dünyanın qabaqcıl avtomobil istehsalçıları artıq elektriklə çalışan mühərriklərə üstünlük verirlər. Təsadüfi deyil ki, 2003-cü ildə yaranan Amerikanın “Tesla Motors” şirkəti avtomobil sənayesində inqilab etdi. Amerikalı elektrik mühəndisi və fizik Nikola Teslanın şərəfinə adlandırılan bu avtomobil hazırda dünyanın avtomobil bazarında dominantlıq edir. Şirkətin sahibi İlon Mask kapital baxımından dünyanın ikinci ən zəngin adamıdır. Digər nəhəng avtomobil istehsalçılarının da eyni yolu tutacağı şübhə doğurmur.

Həm də təbii ehtiyatlar tükənəndir. Azərbaycanın da təbii ehtiyatları nə vaxtsa tükənəcək və ya həmin ehtiyatlara olan tələbat aradan qalxacaq. Bir önəmli məqam da var: Azərbaycanda bir barel neftin hasilatı 15 dollara başa gəlir. Səudiyyə Ərəbistanında isə bu işə cəmi 3 dollar bəs edir. Ona görə də Səudiyyə Ərəbistanı bir barel nefti 4-5 dollara da sata bilər. Azərbaycanın isə belə bir lüksü yoxdur…
Odur ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması, aradan qaldırılması üçün neçə illərdir dövlət tərəfindən proqramların icra olunması, bu istiqamətdə siyasət həyata keçirilməsi müşahidə olunur. Əlbəttə, yalnız təbii resurslara söykənmək bizə parlaq gələcək vəd etmirdi.

Bəllidir ki, Azərbaycanda bir neçə ildir qeyri-neft sektorunun inkişafına ciddi önəm verilir. Prezident İlham Əliyev də bu barədə çıxışlarında dəfələrlə danışıb, prioritetləri elan edib.

Bu istiqamətdə səylər təbii olaraq gücləndirlir.

Azərbaycanın hazırkı maliyyə imkanları təhsilə və yeni texnologiyaların inkişafına da yönəldilməlidir. Hansı dövlətlər ki, bu iki sahəyə xüsusi diqqət yetirib, həmin ölkələr 20-30 ildən sonra ciddi nəticələrə yiyələnib. Biz sürətlə inkişaf edən bir çox Asiya dövlətlərinin timsalında bunu aydın görə bilərik. Təsadüfi deyil ki, mütəxəssislər əsirlər boyu dünya iqtisadiyyatının mərkəzi olan Qərbin əldə etdiyi mövqeləri tədricən Asiya ölkələrinə uduzduğunu açıq şəkildə yazırlar. Rəqabətə davamlı iqtisadiyyata sahib olmaq üçün təhsil və texnologiya müstəsna əhəmiyyətə malikdir.

Ona görə də Azərbaycan Nauru kimi təbii ehtiyatı başa çatdıqdan sonra yox, məhz vaxtında bu təhlükəni önləmək haqqında düşünüb, bir sıra addımlar atıb və daha böyük işlər də görülməlidir.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı da təhsilə və yeni texnologiyaların inkişafı istiqamətdə artıq konkret addımlar atıb. Səudiyyə Ərəbistanı taxtının vəliəhdi Məhəmməd bin Səlman “Baxış 2030” proqramını irəli sürüb…

Hazırda Azərbaycan hökuməti üçün prioritet olan məsələ erməni işğalından azad olunmuş ərazilərə yerli əhalinin köçürülməsi ilə bağlıdır. Bunun üçün isə həmin ərazilərdə iri tikinti layihələri həyata keçirilməlidir, evlərlə yanaşı infrastrukturun təmin olunması üçün digər tikililərin də inşasına ehtiyac var. Əlbəttə, bu, milyard dollarlarla vəsait tələb edən nəhəng bir layihədir.

Müharibənin

Onu da deyək ki, həmin ərazilər kənd təsərrüfatı üçün son dərəcə yararlıdır. Taxılçılıq, pambıqçılıq, tütünçülük kimi sahələrdə yüksək məhsuldarlığa nail olmaq mümkündür. İşğaldan azad olunmuş ərazilərin yeraltı sərvətləri də sərmayədarlar üçün cəlbedici görünür.
Digər tərəfdən Azərbaycan Ordusunun döyüş qabiliyyətin yüksəldilməsi üçün bahalı silah-sursatın alınmasını da sonraya saxlamaq olmaz. Bu sahə də ciddi maliyyə axını tələb edir.

Bütün bunlara baxmayaraq Azərbaycan iqtisadiyyatının neftdən asılılığını aradan qaldırılması üçün görüləcək işləri ləngitmək olmaz. Çünki bu təhlükə Azərbaycanı nə vaxtsa qəfil haqlaya bilər.

İlkin açıqlamalardan aydın olur ki, təhlükənin reallığını və miqyasını nəzərə alaraq bu məsələ də Azərbaycan iqtidarının prioritetləri sırasındadır. Əlbəttə, neftdən asılılığı aradan qaldırmaq asan və qısamüddətli iş deyil. Ancaq biz dövlət və millət olaraq zamanın çağırışına vaxtında cavab verməyi bacarmalıyıq.

 

Elbəyi Həsənli, Sürix
Musavat.com üçün

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org