Türkiyə XİN-də yeni rəsmi nümayəndə

SAVASH.ORGsavash.org


Türkiyənin Xarici İşlər Nazirliyində (XİN) yeni kadr təyinatı olub.

Virtualaz.org bildirir ki, diplomat Tanju Bilgiç ölkə XİN-inin İnformasiya idarəsinin müdiri – Nazirliyin sözçüsü vəzifəsinə təyin edilib.

O, bu gündən fəaliyyətə başlayıb.

Qeyd edək ki, T.Bilgiç Ankara Universitetinin Siyasi elmlər fakültəsini bitirib. 1995-ci ildə Türkiyə XİN-də işə başlayıb.

Nazirlikdə bir çox fərqli vəzifələrdə çalışıb. 2014-2016-cı illərdə XİN-in İnformasiya idarəsinin müdir müavini – Nazirliyin sözçüsü olub.

2016-2021-ci illərdə Türkiyənin Serbiyadakı səfiri işləyib. Bundan başqa, Türkiyənin Bosniya və Herseqovina, Danimarka, Fransa və Rusiyadakı diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.

Onu da qeyd edək ki, T.Bilginçdən əvvəl Türkiyə XİN-in sözçüsü Hami Aksoy olub.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org