Türkiyə ilə Azərbaycan hərbi təlimlər keçirəcək

SAVASH.ORGsavash.org


Azərbaycanın Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi-2021”də iştirak edəcək Bu barədə bu gün, yanvarın 17-də Azərbaycan Müdafiə Nazirliyi ( AMN) məlumat yayıb. Məlumatda qeyd edilir ki, Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək: “Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib” Açıqlamaya görə, yolasalma mərasimində çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb. Bu il təlim fevralın 1-dən 12-dək keçirilməlidir. Bundan əvvəlki illərdə də Azərbaycan və Türkiyə belə birgə təlimlər keçiriblər.
24saat.org
Mənbə – azadliq.org