“Türkiyə Azərbaycana hər cür dəstək verəcək” – Mustafa Şentop

SAVASH.ORGsavash.org

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla Milli Məclisin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü müzakirə edib.

Mustafa Şentop Türkiyənin “bir millət, iki dövlət” şüarına əsasən, Azərbaycana hər cür dəstək verəcəyini bildirib.