Trump ‘düzgün hərəkət’ etdiyini deyir

SAVASH.ORGsavash.org


Müddətini başa vurmaqda olan ABŞ prezidenti Donald Tramp ötən həftə qaragüruhun Konqresdə törətdiyi zorakılığa görə hər hansı məsuliyyətini inkar edib və özünə qarşı impiçment hazırlığını “əcinnə ovu” adlandırıb. Tramp bu bəyanatı yanvarın 12-də, Nümayəndələr Palatası vitse-prezidenti Konstitusiyaya 25-ci Düzəlişi hərəkətə gətirməklə Trampı vəzifəsindən kənarlaşdırmağa çağıran qətnaməni səsə qoymazdan az əvvəl verib. Demokratlar Trampı 6 yanvarda yer almış iğtişaşı qızışdırmaqda ittiham edirlər. Bundan başqa demokrat millət vəkilləri vitse-prezident Mayk Pensin 25-ci Düzəlişi hərəkətə gətirməyəcəyi təqdirdə Trampın impiçmenti məsələsinin səsə qoyulmasına hazırlaşırlar. Tramp deyib ki, tərəfdarları Konqresə basqın etməzdən əvvəl onların qarşısında etdiyi nitq “tamamilə düzgün” olub. O əlavə edib ki, özünün impiç olunması “ölkə üçün böyük təhlükə, böyük hiddət yarada bilər”. O deyib ki, “zorakılıq istəmir”.   Seçki nəticəsini hələ də qəbul etmir 6 yanvarda etdiyi çıxışda Tramp tərəfdarlarını Konqres binasına yürüş etməyə çağırmış və demişdi ki, “siz zəiflik göstərməklə ölkənizi heç vaxt geri ala bilməyəcəksiniz”. Tramp bu nitqi Konqres Co Baydenin seçki qələbəsini təsdiqləmək üçün birgə sessiya keçirdiyi vaxt etmişdi. O seçki nəticələrini qəbul etmir və iddia edir ki, seçkini ondan “oğurlayıblar”. Yanvarın 6-da Trampın çıxışından dərhal sonra baş vermiş zorakılıq nəticəsində bir Konqres polis zabiti də daxil 5 nəfər həlak olub. Qaragüruhun Konqres binasına daxil olmasından sonra həlak olmuş ikinci zabitin intihar etdiyi bildirilir.   “Siyasət tarixində ən böyük əcinnə ovu” Tramp öz tərəfdarlarını cəld bir şəkildə zorakılıqdan geri çağırmamaqda günahlandırılır və ona qarşı “qiyamın qızışdırlması” ittihamı irəli sürülə bilər. Nümayəndələr Palatası yanvarın 13-də Trampı məhz bu ittihamla impiç etməyi planlaşdırır. Tramp yanvarın 12-də Meksika sərhədi divarına baş çəkməzdən əvvəl deyib: “Onların gördüyü iş dəhşətlidir. Mənim çıxışımı, sözlərimi, çıxışın son hissəsini, son cümlələrini təhlil ediblər və hər bir kəs düşünür ki, bu çıxış çox düzgün idi. Bu, siyasət tarixində ən böyük əcinnə ovudur. Bu tamamilə axmaqlıqdır”. Tramp ABŞ tarixində iki dəfə impiç edilmiş prezident kimi qala bilər. O 2019-cu ildə impiç olunsa da, respublikaçıların çoxluğuna malik Senat prezidenti vəzifəsindən uzaqlaşdırmamışdı.
24saat.org
Mənbə – azadliq.org