Tanınmış baş məşqçinin Bakıda qarşılaşdığı hadisə

SAVASH.ORGsavash.org


Serbiya DÇ-2022-nin seçmə mərhələsində millimizi Bakıda 2:1 hesabıyla məğlub etdi.

Slavyanların “Odlar yurdu” səfəri bu dəfə də uğurlu alındı.

Onlar A qrupunda qazandıqları 3 xalın sevincini yaşayırlar. Ölkə mətbuatı qarşılaşmanı o qədər də diqqət mərkəzində saxlamayıb.

Serbiya mediasında daha çox görüşün videoicmalı və baş məşqçi Draqan Stoykoviçin fikirləri tirajlanır.

Sportinfo.az xəbər verir ki, zurnal.rs portalı bir sıra futbolçulardan və baş məşqçidən eksklüziv müsahibələr alıb. Baş məşqçi Draqan Stoykoviç Bakıda qarşılaşdığı bir hadisəni dilə gətirib:

“Azərbaycanın paytaxtında ara küçələrdə gəzdik. Bakının möhtəşəm havası var. Bu, ritualın bir hissəsidir.

Təmiz havaya çıxmaq çox gözəldir. Hara gəldiyimizi bilmək vacibdir. Oyunçular buranı sevdilər. Bunu vaxt itkisi adlandırmaq olmaz.

Bunlar normal şeylərdir. Şəhərin gözəlliyi, nə qədər təmiz və nizamlı olması bizə müsbət təsir etdi. Sadəcə, gəzdiyimiz üç məkan belə, bizə Bakıdan gözəl anlar xatırladacaq”.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org