SoftBank-dan 2,8 milyard dollarlıq satınalma

SAVASH.ORGsavash.org


Yaponiyanın telekommunikasiya xidmətləri şirkəti SoftBank Group Corp, mərkəzi ofisi Norveçdə olan robot texnologiyaları şirkəti AutoStore-ın səhmlərinin 40%-ni 2,8 milyard dollara satın almaq üçün razılaşıb.

Marja Financial Times-a istinadən xəbər verir ki, SoftBank, AutoStore-ın 40% səhmlərini şirkətin əksər hissələrinin sahibi TomasThomas H. Lee (THL) Partners və EQT Private Equity-nin də daxil olduğu digər sərmayəçilərlə əlaqəli fondlardan satın alacaq və robot texnologiyası şirkətinin cəmi dəyəri 7,7 milyard dollar olacaq.

1996-cı ildə qurulan AutoStore indiyədək 35 ölkəyə 20.000 robot tədarük edib və şirkətin böyük müştəriləri arasında Puma, Best Buy və Siemens də var.

AutoStore SoftBank Puma Best Buy Siemens

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org