Slovakiya kommunist partiyasını ‘cinayətkar təşkilat’ elan etdi

SAVASH.ORGsavash.org


Slovakiya parlamentinin noyabrın 4-də qəbul etdiyi qanun düzəlişinə görə ölkədə kommunist, faşist və nasist rejimləri ilə bağlı adları daşıyan küçə v başqa yerlərin adları dəyişdiriləcək. Bu qanun düzəlişinə görə abidə və xatirə lövhələrinə belə rejimlərin simvolikasının yerləşdirilməsi qadağan edilir. Kommunist rejiminin hüquqazidd və mənəviyyatsız xarakteri barədə 1996-cı il qanununa edilmiş düzəlişə görə Çexoslovakiya Kommunist Partiyası və onun Slovakiya qolu cinayətkar təşkilatlar elan edilir. Bu qanun düzəlişində yalnız totalitar rejimlərin nümayəndəsi olmuş, lakin sonradan onlara qarşı mübarizə aparmış şəxslər üçün istisna nəzərdə tutulub. Amma belə bir istisnanın mümkünlüyü barədə qərarı Milli Yaddaş İnstitutu müəyyənləşdirməlidir.   Söhbət ilk növbədə 1968-ci il “Praqa baharı” zamanı Çexoslovakiya Kommunist Partiyası MK-nın birinci katibi olmuş Aleksandr Dubçekdən gedir. O Çexoslovakiyadakı demokratik dəyiyişiklikləri dəstəkləyib və artıq demokratik Çexoslovakiyada parlamentin spikeri olub. Qanun küçələrə Slovakiya dövləti nümayəndələrinin adlarının verilməsini qadağan edir. Bu dövlət İkinci Dünya Müharibəsi illərində nasist Almaniyasının vassaslı olub. Çexoslovakiya Kommunist Partiyası bu ölkədə 1948-ci ildən 1989-cu ilədək hakimiyyətdə olub. Həmin vaxt ölkə “sovet blokuna” daxil idi. Bu illərdə yüzminlərlə insan siyasi repressiyalar məruz qalıb.
24saat.org
Mənbə – azadliq.info