Serbiyanın patriarxı COVID-19-dan vəfat edib

SAVASH.ORGsavash.org


  Serbiya Pravoslav Kilsəsinin başçısı yeni koronavirusdan vəfat edib. Bu haqda Prezident Aleksandar Vuçiç noyabrın 20-də məlumat yayıb. 90 yaşlı Patriarx İrinej bir gün öncə süni nəfəs aparatına qoşulmuşdu. Kilsə noyabrın 4-də ruhani liderin COVID-19 testinin müsbət çıxdığını açıqlayıb. Böyük siyasi nüfuzu olan mühafizəkar İrinej 2010-cu ilin yanvarından Serbiya Pravoslav Kilsəsinin başçısıdır. 7 milyon əhalisi olan Serbiyada koronavirusa 104 min yoluxma təsdiqlənib, 1110 xəstə vəfat edib.
24saat.org
Mənbə – azadliq.org