Seçki Kollegiyası Baydenin qələbəsini təsdiqlədi

SAVASH.ORGsavash.org


ABŞ-ın Seçici Kollegiyası Co Baydenin ABŞ prezident seçkisində qələbəsini rəsmi qaydada təsdiqləyib. Kaliforniya ştatı üzrə 55 kollegiya səsinin hesablanmasının ardınca Bayden ona qələbə üçün lazım olan 270 səsə sahiblənib. Dekabrın 14-də ştatlar üzrə səsvermə başa çatdıqdan sonra Baydenin ümumilikdə 306 kollegiya səsini qazanacağı gözlənilir. İndiki prezident Donald Trampın 232 səsi var. Seçki Kollegiyasının səsverməsi adi vaxtlarda formal xarakter daşısa da, 2020-ci il seçkisinin proseduru diqqət mərkəzində olub. Donald Tramp seçki pozuntuları ilə bağlı 40-dək məhkəmə iddiasını uduzsa da, prezident seçkisində məğlubiyyətini qəbul etmir. O Ali Məhkəməyə verdiyi iki şikayəti də uduzub. İndi Seçki Kollegiyası səsverməsinin nəticəsi Vaşinqtona göndəriləcək və Konqresin 6 yanvarda keçiriləcək birgə sessiyasında elan olunacaq. Bu sessiyaya vitse-prezident Mayk Pens sədrlik etməlidir.
24saat.org
Mənbə – azadliq.org