Sahibkarlar qadağalara belə etiraz elədi

SAVASH.ORGsavash.org


  Sibirin İrkutsk şəhərində kiçik və orta sahibkarlar koronavirusun yayılmasına qarşı qadağalara dar ağacıyla etiraz ediblər. Onlar regional administrasiya binasının qarşısında quraşdırdıqları dar ağacından müqəvvanı burnundan asıblar.   Müqəvvanın üstündən asılmış plakatlarda qadağalardan narazılıqlarını bildiriblər. Plakatların birində yazılıb: “İş yoxdur, vergi yoxdur, büdcə yoxdur”. Aksiya təşkilatçıları bir neçə təkadamlıq piket də keçiriblər. Buna görə şəhər administrasiyasından icazə almaq tələb olunmur. Etirazçılar deyirlər ki, Sibirin cənub-şərqində yerləşən regionda kiçik və orta sahibkarlığa böyük ziyan dəyib, bəzi hallarda tamamilə bağlanıblar. Dekabrın 21-nə olan məlumata görə, Rusiyada 2 milyon 800 mindən çox yoluxma qeydə alınıb, onlardan 51 min 351 xəstə vəfat edib.
24saat.org
Mənbə – azadliq.org