Saatlıda maşın piyadanı vurub öldürdü

SAVASH.ORGsavash.org


Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Azərforum xəbər verir ki, hadisə axşam saatlarında Soltanabad kəndində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ-2106” markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Qədir Fazil oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org