Rusiyada ABŞ casusunun oturaqlıq müddəti uzadılıb

SAVASH.ORGsavash.org


Rusiya mediasında yayılmış xəbərlərdə deyilir ki, ABŞ-dan qaçaq düşmüş Amerika casusuna Rusiyada daimi oturaqlıq verilib. TASS və RIA Novosti dövlət xəbər agentlikləri Edward Snowden-in vəkili Anatoli Kuçerenaya istinadən yazırlar ki, onun müştərisinin Rusiyada qalmasına icazə daha üç il müddətinə uzadıllıb. Bu da xəbər verilir ki, Snowden-in vizası aprel ayında bitmişdi, amma onu koronavirus pandemiyasına görə uzatmışdılar. Vəkil əlavə edib ki, Snowden hazırda Rusiya vətəndaşlığına görə müraciət etməyi düşünmür. ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş casusu Snowden-ə qarşı ABŞ-da cinayət işi qaldırılıb. O ABŞ-a aid 1.5 milyon məxfi sənədin faş olunmasında ittiham edilir. Əgər ABŞ-da təqsirli bilinərsə, onu 30 ilədək həbsxana cəzası gözləyə bilər. Snowden Rusiyada 2013-cü ildən bəri yaşayır. O Rusiyaya ABŞ-a aid məxfi sənədləri yaydıqdan sonra gəlib. ABŞ prezidenti Donald Trump avqust ayında demişdi ki, Snowden-i bağışlaya bilər. Onun özü isə Fransa prezidenti Emmanuel Macrona müraciət edərək ondan sığınacaq istəyib. Snowden 2013-cü ildən bəri Fransa və bir neçə başqa ölkədə sığınacaq ala bilmir.
24saat.org
Mənbə – azadliq.info