Rusiya Qara dənizə döyüş gəmiləri və silah-sursat göndərdi

SAVASH.ORGsavash.org


Rusiya 15 döyüş gəmisi və Xəzər donanmasına aid 3 topçu və 8 hərbi qayığının Qara dənizə göndərildiyini bildirib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Cənub Bölgəsi üzrə Hərbi Komandanlığı məlumat verib. Hazırda donanma gəmilərinin Volqaqrad, Kalaç-on-Don, Volqodonsk və və Semikarakorsk ərazisində olduğu vurğulanıb. Rusiya MN Xəzər donanmasının Qara dənizdəki hərbi qüvvələrlə birgə dəniz təlimlərinə qatılacağını açıqlayıb.

Qeyd edək ki, Ukrayna baş qərargah rəisi Ruslan Homçak martın 30-da parlamentdəki çıxışında Rusiyanın təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına qoşun göndərdiyini bildirmişdi.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org