Rusiya Ermənistandan pomidor və bibər idxalına qadağan qoyur

SAVASH.ORGsavash.org


  Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistan Respublikasının Armavir rayonundan Rusiya Federasiyasının ərazisinə pomidor və bibər idxalına müvəqqəti qadağa qoyub.   Həmin məhsullarda pepino mozaik virusunun aşkarlandığı bildirilir. Məlumatda deyilir ki, oktyabrın 30-da “Rosselxoznadzor”un təşəbbüsü ilə Ermənistanın müvafiq qurumu arasında danışıqlar aparılıb və onlara bu haqda informasiya verilib. Ermənistan tərəfdən Rusiyaya göndərilən tərəvəzlərə nəzarətin gücləndirilməsi xahiş olunub. Ancaq dekabrın əvvəlinədək “Rosselxoznadzor” Ermənistan tərəfin fitosanitar nəzarəti gücləndirəcəyinə dair informasiya almayıb. Qurum pepino mozaik virusunun Rusiya Federasiya ərazisində geniş yayıla biləcəyini, tərəvəzçiliyə böyük ziyan vura biləcəyini bildirir. Bunları nəzərə alaraq dekabrın 14-dən sözügedən qadağa qüvvəyə minir. Dekabrın 10-dan isə Azərbaycandan Rusiyaya alma və pomidor idxalı yasaqlanır.
24saat.org
Mənbə – azadliq.org