Rövnəq Abdullayev villasını 4 milyon dollara satdı..-”SOCAR” PREZİDENTİ TƏLAŞDA

SAVASH.ORGsavash.org

Son vaxtlar  iri ranqlı  məmurların mülklərini satması  müşahidə olunur.

Əlbəttə, biznes aləmində almaq və satmaq adi prosesdir.

“Gundelik-baku.com” saytının yazdığı xəbərə görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev  Novxanıda “Post-Patrul” adlanan ərazidə yerləşən, ümumi sahəsi  4 hektar olan  bağ evini 4 milyon dollara  satıb. 

Çox maraqlıdır ki,  adi hesablama ilə müəyyən etmək olar ki, 4 hektar ərazi və əzəmətli villanı  Rövnəq Abdullayev nə əcəb ucuz qiymətə – 4 milyon dollara satıb ? 
Rövnəq Abdullayevə  təcili pul nə üçün lazım olub ? 

Sayt bildirir ki, araşdırma zamanı  məlum olub ki, əslində villa 7.5 milyona satılıb, lakin sənəddə 4 milyon yazılıb. 

İstənilən halda  Rövnəq Abdullayev kimi ranqlı məmurun  villasını ucuz qiymətə  satması düşünməyə əsas verir.