‘Qış təlimi-2021’ başlayıb 

SAVASH.ORGsavash.org


Azərbaycanın ordu bölmələrinin də qatıldığı və Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə taktiki təlimlərinin aktiv fazası başlayıb. Bu barədə bu gün, fevralın 1-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb. Məlumata görə, təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri vurublar. Təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək. “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Azərbaycanın Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir.  Bundan əvvəlki illərdə də iki ölkənin ordu bölmələrinin belə qış təlimləri keçirilib. 
24saat.org
Mənbə – azadliq.org