“Putin istefaya hazırlaşır”-sensasion iddiaya sözardı…rn 

SAVASH.ORGsavash.org

 

Ukraynada Qərblə toqquşmaq provokasiyası Rusiya prezidentinin siyasi hakimiyyətinin sonunu necə tezləşdirə bilər?

 

Ukraynanın şərqində baş verən hadisələrin müharibəyə keçmək ehtimalı hər keçən gün daha da artır. Mümkün müharibənin Karib krizisi ilə müqayisə edənlərlə razılaşmaq olar. İki nüvə dövlətinin (SSRİ və ABŞ) 1962-ci ilin payızında düyməyə basacaq həddə qarşıdurması bu dəfə Kubada deyil, Şərqi Avropada-Ukraynada yaranmış kimi görünür. Qarşı-qarşıya duranlar isə yenə iki supergücdür-Rusiya və ABŞ…

Ukrayna münaqişəsində həlledici mövqe Rusiyaya (Putinə)məxsusdur, buna şübhə yoxdur. Moskva 7 il əvvəl Ukraynanın şərqindəki separatçılığa görə birbaşa məsuliyyət daşıyır. Krımın anneksiyası da əlbəttə ki, yaddan çıxmayıb, əgər müharibə başlasa, yarımadanın taleyi də gündəmə gələcək, orada da mümkün hərbi əməliyyatlar haqda artıq danışmağa başlayıblar. Bu isə daha da təhlükəli ssenaridir…

Moskvanın və Putinin nə planlaşdırdığını demək çətindir, Ukrayna ilə sərhəddə zirehli texnika yığmaq hələ heç nə demək deyil.

putin-muharibe.jpg

Beynəlxalq hüquq tam Ukraynanın tərəfindədir, Rusiyanın Donbasda rusdilli əhalinin taleyi ilə bağlı narahatlığını  isə dünyaya yox, daxili auditoriyaya qəbul etdirmək mümkündür. Amma Rusiyanın əlini gücləndirəcək faktor da olmamış deyil-bu, ABŞ-ın və NATO-nun münaqişəyə fəal müdaxiləsidir. Ukrayna NATO üzvü deyil, Amerika ilə hansısa strateji müqavilələri isə yəqin ki, var. Amma bu, münaqişəyə fəal hərbi müdaxilə üçün kifayət deyil. Bu halda, bir yol qalır. Necə  ki, Səddam Hüseyn Küveyti işğal edəndə BMT-nin yaratdığı və ABŞ-ın başçılıq etdiyi koalisiya 1991-ci ilin fevralında İraq ordusunu qonşu ölkədən qovdu, necə ki, 1999-cu ilin martında NATO Yuqoslaviyanı Kosovodakı etnik təmizləməyə görə aylarla bombardman etdi, indi də o yolu seçsinlər. Yəni qısası, Rusiya ilə savaşa başlasınlar…

BMT-nin Təhlükəsizlik Şurasının ABŞ-a belə bir yetkini verməsi əlbəttə ki, məlum səbəbdən mümkünsüz və fantastikadır. Krıma görə tətbiq edilən sanksiyalar gözlənilən effekti vermədi, Rusiya geri çəkilmədi. Üstəlik, Rusiya deyir ki, Ukraynanın şərqində bu ölkənin ərazi bütövlüyünü  tanıyır. Demək o halda ya Rusiyanı məcbur etmək lazımdır ki, müharibə olmadan, əvvəl şərq vilayətlərindən qoşunlarını çəksin, danışıqlar masasına otursun, Kiyev Donbasda qanuni hakimiyyətini elan etsin və sairə…

FFD31A9F-483B-42F3-BA7B-A796CDA3E74D_w1080_h608_s_b.jpg

Əlbəttə ki, bunlar bir neçə ayın işi deyil, yenə danışıqlar, mühüm məqamlar razılaşdırılmalıdır. Əsas isə Rusiya şərq regionundakı iddialarından əl çəkməlidir. Kim köçüb sərhədin o tərəfində Rusiyada yaşamaq istəyirsə yaşasın, kim Ukrayna qanunları ilə yaşamaq istəyirsə, qalsın…

Rusiya mediasında hazırda iki mövqe önə çıxıb. Rusiyanı müharibəyə həvəsləndirənlər və müharibənin ölkə və dünya üçün mümkün fəsadlarını qabardanlar. Birincilər, Kremlin pul kisəsindən daha çox asılı olduğundan qızışdırıcıdılar, obyektiv deyillər. Amma ikincilər- onlara da anti-Kreml mövqelilər də deyə bilərik- daha məntiqli və hadisələrin inkişafına soyuqbaşla baxa bilirlər.

Bunları yazarkən diqqətimi tanınmış rusiyalı politoloq və tarix elmləri doktoru Valeri Soloveyin dedikləri cəlb etdi. O haqlı olaraq dünya üçün təhlükəli vəziyyətin yarandığını qeyd edir. Amma əsas bu deyil. Solovey iddia edir ki, Putinin əhatəsində olanlar arasında prezidenti Donbasda hərbi əməliyyata başlamağa ciddi şəkildə inandıranlar var.  Həmin qüvvələr Putini inandırmağa çalışırlar ki, Donbasdakı müvəffəqiyyətli əməliyyat cəmiyyətin konsolidasiyasına, payızda isə vətənpərvər şüarlar altında Dövlət Dumasına uğurlu seçkilərə səbəb ola bilər. Bu isə nəticə etibarilə Putinin hakimiyyətdə qalmaq planlarına xidmət edəcək. Amma politoloq iddia edir ki, bu plan əksinə, Putinin planlarını ciddi riskə soxa bilər, Ukraynada Qərblə toqquşmaq provokasiyası Rusiya prezidentinin  siyasi hakimiyyətinin sonunu tezləşdirə bilər. “Putin nəsə çox ciddi bir hazırlıq içərisindədir. Avropa da Putinin mühüm qərar ərəfəsində olduğundan, hətta gedə biləcəyindən xəbərdardır. Bu səbəbdə “Qoca qitə” hətta ABŞ prezidenti Putinə “qatil” deməsini də təmkinlə qarşıladı, bu məsələdə məsafəli davrandı, Moskvanı çox qıcıqlandırmamağa, gözləmə mövqeyi tutmağı üstünlük verdi. Avropa Birliyi  də Putinin tezliklə hakimiyyətdən ayrılacağına inanır. Buna görə də hazırkı prezidenti təhrik etməməyə çalışırlar və gözləməyi üstün tuturlar. Bunu Putin özü edəcək və 2023-2024-cü illərdən xeyli əvvəl” deyə, Solovey “Exo Moskvı” radiosuna açıqlamasında bildirib.

1605070038_xl.jpg

Solovey onu da deyir ki, Kremldə çoxları Putinin Qərb üçün “zəhərli bir varlıq olduğuna inanır, hamı ondan çox yorulub”.

Başqa bir anti-Kreml mövqeli ekspert İqor Skurlatovun iddiası daha sensasiondur. O isə deyir ki, Putin “özündən asılı olmayan səbəblər” üzündən prezidentlikdən gedə bilər, hətta bunu Federal Məclisə illik müraciətində edə bilər. Bildirilir ki, prezidentin Federal Məclisə müraciətinin tarixi artıq bir neçə dəfə məlum olmayan səbəblərdən dəyişdirilib. Rusiya kommunistlərinin lideri də Kremlin çoxdan gözlənilən müraciətin mətnini artıq yazdığınını deyib.

Bunlar əlbəttə ki, iddialardır. Putinin nə planladığını, növbəti “qələbə paradına”, yoxsa istefaya hazırlaşdığını kimsə deyə bilməz.  Amma Ukraynada Qərblə müharibə provakasiyasında hər iki tərəf üçün uduşlu variant görünmür…Elə ən çox da Putin üçün…

Nazim SABİROĞLU,
Musavat.com 

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org