Prezident Mərkəzi Komanda Məntəqəsində müşavirə keçirib

SAVASH.ORGsavash.org


Oktyabrın 25-də Azərbaycan prezidenti, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində bu nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. AZƏRTAC-ın xəbərinə görə, müdafiə naziri Zakir Həsənov prezident İlham Əliyevə raport verib. Daha sonra dövlət başçısı operativ müşavirədə çıxış edib. Prezident İlham Əliyev deyib ki, bir aya yaxındır müharibə gedir: “Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir…” Prezident qeyd edib ki, hər gün operativ müşavirələr keçirilir.Onun vurğulamasına görə, vəziyyət tam nəzarət altındadır: “100-dən çox yaşayış məntəqəsi -… işğalçılardan azad edilibdir” “ İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi – şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır” Prezident qeyd edib ki, işğal edilən yaşayış məntəqələrində bir dənə də salamat bina qalmayıb: “Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir”, deyə o vurğulayıb. Prezidentin qeyd etməsinə görə, o, tapşırıq verib ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin: “ Bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın” “ Bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir.” Prezident əlavə edib ki, Ermənistan mülki əhalinin yaşadıqları yerləri atəşə tutur: “Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub” “ … 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl ( oktyabrın 23-də ) Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub…” Prezident daha sonra bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 27 il əvvəlki qətnamələrini xatırladıb. Əlavə edib ki, həmin qətnamələr kağız üzərində qalıb: “Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür” “Bu, ədalətsizliyin növbəti təzahürüdür…” Prezident deyib ki, buna qəti şəkildə etiraz ediblər: “ Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur” Onun deməsinə görə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Prezident əlavə edib ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz edib: “ … Bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir.” Prezident deyib ki, Ermənistan öz xoşu ilə Azərbaycanın torpaqlarından çıxmalıdır. Onun vurğulamasına görə, iki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunub: “ İki dəfə də Ermənistan bu atəşkəsi pozub” “ İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək” “İyirmi səkkiz ildir bizi aldadırlar” Prezident deyib ki, atəşkəs qeyd-şərtsiz ola bilməz: “Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq…” Prezident xatırladıb ki, iyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb: “ İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi…” Prezident deyib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarını itirib: “Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi…” “ Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq.” Prezident daha sonda da deyib: “Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.” Onun deməsinə görə, haqq-ədalət Azərbaycanın tərəfindədir: “Beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir…” Sentyabrın 27-dən… Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 145 civarında kəndi, Cəbrayıl, Füzuli şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib. Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb. Tərəflər bu ara düz iki dəfə hümanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar.Amma yenə cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilb. Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu deyilib. Atəşkəsin pozulmasına görə, də qarşılıqlı ittihamlar səslənib. Xatırlatma Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.  
24saat.org
Mənbə – azadliq.info