Paşinyan Rusiyaya təşəkkür edir, Şoyqu da böyük planlarla gəlmişik deyir

SAVASH.ORGsavash.org


Noyabrın 21-də Rusiyanın xarici işlər və müdafiə nazirlərindən ibarət nümayəndə heyəti Ermənstana səfərə edib. AzadlqıRadiosunun erməni xidmətinin yaydığı məlumata görə, artıq Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaın müdafiə naziri Serqey Şoyqu və xarici işlər naziri Serqey Lavrovla görüşüb. Segey Lavrovla görüşü barə Nikol Paşinyan özünün facebook səhifəsində qısa məlumat paylaşıb. “Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla mənalı bir söhbət etdik” deyə məlumat paylaşıb. Ermənistan baş nazir aparatının informasiya və ictimayyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda  isə daha çox Rusiya müdafiə naziri ilə görüşdən söz açılıb. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb. Məlumatda  qeyd edilir ki, görüşdə Dağlıq Qarabağdakı vəziyyət, Rusiya  və Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı geniş məsələlər müzakirə edilib. Nikol Paşinyan müharibə zamanı Rusiyanın Ermənistana verdiyi dəstəkdən danışıb və Şoyquya təşəkkür edib.  “Qeyd etmək istərdim ki, müharibə zamanı biz həmişə Rusiya Federasiyasının, Rusiya Prezidentinin, Baş nazirinin dəstəyini, çəxsən sizin dəstəyinizi hiss etmişik. Bunun üçün sizə təşəkkür etmək istəyirəm.” Ermənistanın Baş naziri bölgədəki hərbi-siyasi vəziyyətin dəyişdiyini, amma bu vəziyyətin bütün parametrlərinin öyrənilməsinin vacib olduğunu vurğulayıb. “O dəyişdi və bu vəziyyətin bütün parametrlərini öyrənmək lazımdır. Əlbəttə, Ermənistanla Rusiya arasındakı strateji əməkdaşlıq və dostluq və qardaşlığın açarı olaraq. Əminəm ki, yaxınlaşma və gələcək strateji münasibətlərimiz daha da dərinləşəcək. Bizim ittifaqımız daha yaxın və daha strateji olacaq” deyə Paşinyan bildirib.  Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Rusiya sülməramlılarının bölgədə yerləşdirlməsi və gələcək planlarla bağlı məlumat verib. “Bu günlərdə 23 müşahidə məntəqəsi ilə demək olar ki, bütün Qarabağ ərazisini əhatə etdik. Biz Stepanakertə (Xankəndi) gedən yola, Laçın dəhlizinə nəzarət edirik, əlbəttə ki, hərəkəti, gedən qaçqınların geri dönməsini təmin edirik. Bundan sonra xeyli işlər qalıb. Mən ümid edirəm Qarabağda dinc həyat yoluna qoyulur. Bizim əsas işimiz qan tökülməsinə yol verməməkdir. Bu tapşırığı bizim qarşımıza ali baş komandan (Rusiya prezidenti nəzərdə tutulur) qoyub və biz sözsüz onu yerinə yetirməyə köklənmişik. Əlbəttə, bununla yanaşı biz bizim sülhməramlıların gələcək fəaliytətri ilə bağlı  məsələləri müzakirə etməliyik. Bu hərbi və hərbi texniki əməkdaşlığı əhatə edir. Biz böyük planlara gəlmişik və onun reallaşdırlmasına ümidliyik” deyə Rusiyanın müadiə naziri Şoyqu vurğulayıb.  Xatırlatma Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Bu il noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başladı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər (15 noyabr), Ağdam (20 noyabr) və Laçın (1 dekabr) rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir. Noyabrın 20-də Ağdam rayonuna Azərbaycan ordusu daxil olsa da, Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi müddəti noyabrın 15-dən  25-nə kimi uzadılıb.  
24saat.org
Mənbə – azadliq.org