Nike dabanında insan qanı olan “Şeytan ayaqqabıları”na qarşı məhkəməni qazandı

SAVASH.ORGsavash.org


Nəhəng idman geyimləri şirkəti olan Nike bir müddət bundan əvvəl üzərində insan qanı olan “Şeytan ayaqqabılar”a görə MSCHF şirkətini məhkəməyə vermişdi.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Nike adı çəkilən ayaqqabılarda onun markasından istifadə edildiyini iddia edərək,   MSCHF şirkətinin dərhal həmin ayaqqabıların satışını dayandırmasını və məşhur “Swoosh” işarəsindən istifadə etməməyi tələb etmişdi.

Məhkəmədə federal hakim Nike şirkətinin haqlı olduğu və ayaqqabıların istehsalının dərhal dayandırılması haqda qərar qəbul edib.
MSCHF şirkəti isə “onsuz da 666 cütdən əlavə ayaqqabı istehsal etməyəcəyimizi bildirmişdik, ona görə də məhkəmənin bu qərarının nə anlamına gəldiyini hələ də anlaya bilmirik”, deyə açıqlama verib.

Xatırladaq ki, Nyu-Yorkun Bruklyun səmtində yerləşən, sənət kollektivi kimi tanınan MSCHF şirkəti bu günlərdə dabanında 60 sm-lik qırmızı mürəkkəb və bir damla insan qanı olan 666 cüt “Şeytan ayaqqabıları” (Satanic Shoes”) istehsal edib. Nike şirkətinin “Air Max 97” modelinə bənzəyən, 1018 dolara satılan ayaqqabıların üzərində “Luke 10:18” yazısı var. Bu yazı Lukanın İncilindən bir hissədir: “Şeytanın göydən ildırım kimi düşdüyünü gördüm”. Həmçinin ayaqqabının üzərində tərs xaç və pentaqram işarəsi qoyulub.

MSCHF ayaqqabıları satmaq üçün məşhur rep ifaçısı Lil Nas X ilə işbirliyi qurmuşdu. Repçi həmin ayaqqabıları “YouTube”də yayınlanan yeni “Montero” adlı klipində geyinmişdu. Klipdə Lil Nas X-in cənnətdən cəhənnəmə bir striptiz dirəyindən aşağı düşdüyü əks olunur.

Şirkət “ayaqqabıların bir sənət əsəri olduğunu” bildirmişdi.  Məlumata görə ayaqqabılar satışa çıxarılan kimi bir dəqiqə içərisində satılmışdı.

Xalidə Gəray
Musavat.com

 

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org