Naxçıvanda “ASAN xidmət” mərkəzinin inşası davam edir

SAVASH.ORGsavash.org


Naxçıvan şəhərində ötən ilin aprel ayından tikintisinə başlanılan “ASAN xidmət” mərkəzinin inşası davam edir.

Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada beton-qəlib işləri başa çatdırılıb, zirzəmi hissəsində hörgü işləri yekunlaşdırılıb. 

Layihəyə əsasən binanın zirzəmisində yeməkxana, anbar, texniki otaq, qazanxana, bufet, mətbəx, arxiv və ofis, laboratoriya yerləşəcək. Digər mərtəbələrdə isə psixoloji xidmət, həkim, mühafizə, işçilər üçün otaqlar, iclas zalı, arxiv və ofis, laboratoriya nəzərdə tutulub.

Mərkəzin xarici görünüşü, daxili dizaynı və tərtibatı ilə seçiləcək.

Qeyd edək ki, inşaat işlərini “Gəmiqaya Holdinq”in inşaatçıları həyata keçirir.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org