Moskva regionunda terror hücumlarının ‘qarşısı alınıb’

SAVASH.ORGsavash.org


  Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTB) Moskva regionunda “sabotaj və terror hücumları planlaşdıran” İslam Dövləti ekstremist qrupunun şəbəkəsini dağıtdığını deyir. “Şəbəkənin beşədək şübhəli üzvünün” saxlandığı, onlardan birinin İD üzvü olduğunu etiraf etdiyi bildirilir. Ancaq şübhəlilərin konkret harada saxlandığı açıqlanmır. FTB noyabrın 25-də Moskvanın şərqindəki Vladimir regionunda şəbəkənin daha bir üzvünün saxlandığını açıqlayıb. Onun “Orta Asiya ölkəsinin vətəndaşı” olduğu qeyd edilib. Araşdırma zamanı əldəqayırma bomba müsadirə olunub. “Şəbəkənin digər məqsədləri İD sıralarına yeni üzvlər cəlb etmək və terrorçuluğa maliyyə dəstəyi vermək olub”, – FTB-nin bəyanatında vurğulanır. Rusiya Ali Məhkəməsi hələ 2014-cü ilin dekabrında İD-in terrorçu qrup elan edərək yasaqlayıb.
24saat.org
Mənbə – azadliq.org