Moskva çayı boyu üzən gəmidə böyük bir xeyriyyə iftarı keçiriləcək…-FOTO

SAVASH.ORGsavash.org


Aprelin 25-də – bazar günü, müqəddəs Ramazan ayının 12-ci günündə Rusiya paytaxtında maraqlı bir xeyriyyə iftarı təşkil ediləcək.

 

Moderator.az rusdilli İslam saytlarına istinadla xəbər verir ki, iftar yeməyi Moskva çayı boyunca  4,5 saatlıq gəmi səfəri çərçivəsində baş tutacaq. 

 

Artıq Ramazanda ənənəvi hala gələn aksiyanın təşkilatçısı “Xeyirxahlıq evi” xeyriyyə fondudur. 

 

Qonaqlar üçün hafiz və Quran tilavətçilərinin ifaları ilə birlikdə kollektiv namaz qılmaqdan ibarət bir mədəniyyət proqramı hazırlanıb. Gecənin aparıcısı teatr və kino aktyoru Eduard Aitkulovun dəstək verəcəyi məşhur rusiyalı teleaparıcı Dinara Sadretdinova olacaq. 

 

Böyüklərin iftarda iştirakı üçün 5 min rubl, yeniyetmələr (12-18 yaş) üçün  isə 3 min rubl məbləğində xeyriyyəçi bir ianə verməsi lazımdır. Tədbirdə uşaqların iştirakı təmin edilmir. 

 

Fond bütün ianələrin ağır xəstə uşaqların müalicəsi üçün xərclənəcəyini vurğulayır. Eyni zamanda, gəminin kirayəsi və digər bütün xərclər “Xeyirxahlıq evi”nin sponsorları və tərəfdaşları tərəfindən qarşılanır.  

 

Sultan Laçın

 

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org