Minskdə’həyət yürüşü’nə çıxanlar həbs olunur

SAVASH.ORGsavash.org


Dekabrın 6-də Belarusda prezident seçkilərinin nəticələrinə və hüquq-mühafizə orqanları əməkdaşlarının amansız zorakılığına qarşı “həyət yürüşləri” keçirilir.   Həbdlər var “Vyasna” hüquq müdafiə mərkəzinin məlumatına görə, etirazların davam etdiyi anlarda Belarusun Minsk, Qrodno, Brest şəhərlərində 40-dan çox etirazçı saxlanılıb. Onlayn yenilənən siyahıda iki jurnalistin adı da yer alıb. Müstəqil “Belsat” telekanalının verdiyi məlumata görə, Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları Hrodna jurnalistləri Marysya Kharevich və Sergey Lyudkevichi saxlayıblar. Verilən məlumatlara görə, paytaxt Minskdə aksiya başlamazdan əvvəl internetə girişdə problemlər müşahidə olunub.
24saat.org
Mənbə – azadliq.org