Minskdə ‘Qəhrəmanların yürüşü’ keçirilir

SAVASH.ORGsavash.org


Minskdə növbəti bazar günü aksiyası keçirilir. „Qəhrəmanların yürüşü“ adlandırılan bu aksiyada da məqsədi seçki saxtakarlığına və saxlananlara qarşı zorakılıqlara etirazdır. Bir aydan çoxdur ki, Belarusda etirazlar davam edir.  Şahidlərin dediyinə görə, artıq saxlananlar var və OMON müxtəlif yollarla adamların meydanlara toplaşmasının qarşısını almağa çalışır. Aksiya ərfəsində Belarus Dövlət Universitetinin filologiya fakültəsinin müəllimləri bu aksiyaya çıxan tələbələri ilə həmrəy olduqlarının bəyan edən müraciət yayıblar.  Müraciətdə deyilir ki, onlar uzun illərdir öz tələbələrinə söz azadlığı, azad seçki haqqından danışırlar, onlara bu barədə kitablar oxumağı tövsiyyə edirlər.  “Qorxu, zorakılıq, yalan, bunlar pisdir.  Sən heç bir şey baş vermirmiş kimi davrana bilməzsən.  Bizim öz ideyalarımıza sahib olmaq və onları ifadə etmək hüququmuz var, bir-birimizi dəstəkləmək hüququmuz var. Tələbələr, biz sizinləyik” müraciətdə deyilir.  
24saat.org
Mənbə – azadliq.info