Messi Cənubi Amerika futbolçularına vaksin almağa kömək etdi

SAVASH.ORGsavash.org
İspaniya “Barselona”sının hücumçusu, argentinalı futbolçu Lionel Messi Çindən Cənubi Amerika futbolçuları üçün koronavirusa qarşı vaksinlərin 50 000 dozasını almağa kömək edib. Bu barədə “Report” “The Guardian”a istinadən xəbər verir. Arqentinalı hücumçu bu yayda keçiriləcək Amerika Kubokundan əvvəl Cənubi Amerikanın bütün futbolçularının vaksinləməsi planının reallaşdırılmasında iştirak edir. Çinin əczaçılıq firması “Sinovac”la saziş Uruqvay prezidentinin vasitəçiliyi ilə bağlanıb. Vaksinlərin bir hissəsi Argentinanın birinci divizionunun 26 klubuna çatdırılacaq. KONMEBOL-un nümayəndəsi Qonsalo Belloso bildirib ki, Argentinanın birinci divizionunun bütün komandalarını peyvənd etmək planlaşdırılır. “Biz istəyirik ki, Amerika Kubokundan əvvəl bütün futbolçular peyvənd edilsin və onlardan hər hansı biri oynaya bilsin”, – Belloso deyib.
Mövzuları qaçırmayın! OXUYUN, PAYLAŞIN, QAZANIN! Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
Sonxeberler.org