Məktəblər yenə bağlandı: Azərbaycan tam qapanmaya gedir?

SAVASH.ORGsavash.org

Artıq dünyada da günlük yoluxma sayında pik göstəricilər var…

Dünyanı cənginə alan COVID-19 virusu hələ də can almağa davam edir. Artıq dövriyyədə bir neçə şirkətə məxsus vaksin var. Bölgüsü ədalətsiz olsa da, əksər ölkələrdə vaksinasiya prosesi başlayıb.

Ancaq hələ ki, bu proses COVID-19-un yayılmasını, ölümlərə səbəb olmasını önləmir. Dünyada yoluxmanın ikinci (bəzi mənbələr 3-cü də hesab edirlər) dalğası başlayıb. Ötən sutkada dünya üzrə 701 min 18 nəfər koronavirusa yoluxub, 11 min 767 nəfər isə dünyasını dəyişib. Hər iki göstərici son ay yarımda ən yüksək həddir. Yoluxmanın bu cür artmasını yeni yaranan ştammlar və əhalinin karantin qaydalarından bezməsi, sosial məsafəni qorumamaları ilə izah edirlər.

1 ildən çoxdur ki, əvvəlki yaşam tərzindən imtina edən dünya əhalisi koronavirusun ölüm maşınının nə zamana qədər davam edəcəyini bilmir. Ona görə də insanlar artıq psixoloji olaraq da gəriliblər.

Dünyanın bir parçası olan Azərbaycanda da koronavirusa yoluxanların günlük sayı 2 mini keçib. Ölənlər də ötən həftələrlə müqayisədə çoxalıb. Lakin hələ ki, ölkədə keçən ilin eyni dövründə olduğu kimi sərt karantin, evə qapatma qərarı verilməyib.

Azərbaycanda da sorğular nəticəsində insanların sərt karantindən yana olmadıqları üzə çıxır. Bəs bu barədə TƏBİB-də nə düşünürlər?

TƏBİB rəsmiləri hələ ki, karantinin sərtləşdiriləcəyi və yaxud da vəziyyətin bu cür davam edəcəyi ilə bağlı konkret fikir söyləmirlər. Sözlərindən belə aydın olur ki, onlar da sabah nələrin yaşanacağından xəbərsizdirlər və dəyişən epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

Onu da bildirək ki, aprelin 1-də ölkədə tədris müəssisələrinin yenidən qapadılması qərarı verilib. Belə ki, Təhsil Nazirliyindən Musavat.com-a verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək. Qərar məktəbdənkənar təhsil müəssisələrinə də aiddir.

Bəs bu hal sərt karantinə keçidin başlanğıcıdırmı?

Yaqut

Yaqut Qarayeva 

Bu barədə APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib ki, bir ildir bu virusla yaşayırıq və artıq insanlar gedişatın və taktikanın necə olduğunu bilirlər. O, karantin rejimin sərtləşdirilməsi ilə bağlı TƏBİB tərəfindən Nazirlər Kabinetinə müraciətlə bağlı dəqiq nəsə deyə bilməyəcəyini söyləyib: “Hamımız ümid edirik ki, yoluxma sayı artmayacaq. Ümid edirik ki, xəstəliyin gedişatı ağır olmayacaq və xəstəxanalarda çarpayılar dolmayacaq. Dəfələrlə qeyd etmişik yoluxma sayı yüksək olsa belə, xəstəliyin gedişi yüngül olarsa, insanların çoxu xəstəliyi evində keçirirsə, bu, o qədər qorxulu göstərici deyil. Təhlükəli göstərici o zaman olur ki, ağırlaşan xəstəyə xəstəxanada yer olmur. Bu məqamda hansısa təklifdən və müraciətdən söhbət gedə bilər. Hər birimiz çalışmalıyıq ki, yoluxma sayı artmasın ki, normal olmasa da, normala yaxın şəraitdə yaşamağa davam edə bilək”.

Adil

Adil Qeybulla 

“Yeni Müsavat”a açıqlamasında professor Adil Qeybulla da bildirib ki, əgər yoluxma sayı artarsa, epidemioloji vəziyyət pisləşərsə, qapanmaya getmək lazımdır.

Əli RAİS,
“Yeni Müsavat”

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org