Makron, Merkel və Zelenskidən Rusiyaya çağırış

SAVASH.ORGsavash.org


Almaniya Federal Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski üçtərəfli danışıqlarda Rusiyanı Ukrayna ilə sərhəddə qoşunlarının artırılmasını dayandırmağa çağırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Zaybert bildirib.

Söhbət Zelenskinin Parisə səfəri zamanı baş tutub, Merkel videobağlantı vasitəsilə danışıqlarda iştirak edib.

“Federal Kansler, Prezident Makron və Prezident Zelenski xüsusilə Ukrayna-Rusiya sərhədində, eləcə də Ukraynanın şərqində təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər. Onlar Ukrayna ilə sərhəddə Rusiyanın hərbi mövcudluğunun artmasından, həmçinin qeyri-leqal şəkildə ilhaq edilən Krımla bağlı narahatlığını bölüşürlər. Onlar vəziyyətin deeskalasiyasına nail olmaq üçün bu hərbi qüvvənin dayandırılmasını tələb ediblər”, – Zaybert jurnalistlərə bildirib.

Merkel və Makron, həmçinin Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar. “Onlar Minsk razılaşmalarının hər iki tərəfdən tam həyata keçirilməsinin zəruriliyini vurğulayıblar və bəyan ediblər ki, Almaniya və Fransa “Normand formatı”nda öz səylərini davam etdirəcəklər”, – Zaybert əlavə edib.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org