Krımda türk qızının rus həmyaşıdları tərəfindən döyülməsi

SAVASH.ORGsavash.org


Bu videogörüntülər bu günlərdə qədim türk yurdu olan hazırda Rusiya və Ukrayna arasında “nifaq almasl”na dönmüş Krımda çəkilib. Videonu Cahid İmanlı adlı həmvətənimiz yayıb.

İddialara görə, videoda divara qısnadılmış gənc qız Krımın yerli əhalisindəndir, türk (tatar) qızıdır. Onu dövrələyən və növbə ilə şillələyənlər isə gəlmə rusların qızlarıdır. İnsidentdə onlarla həmyaşıd oğlanlar da iştirak edir. Onlar olayı mobil telefonun videokamerasına çəkir, öz “şücaətləri”ni işıqlandırmaq, ictimailəşdirmək istəyirlər. Onlardan heç biri bu qıza qahmar çıxmır, dostlarını uzaqlaşdırmır.

Budur, artıq dünya bu rəzillikdən xəbər tutub. 7-8 slavyan mənşəli gəncin irqçilik, millətçilik zəminində bir həmyaşıdlarını təkləyib alçaltması, təhqir etməsi və fiziki zorakılığa məruz qoyması ictimailəşib və artıq hamı bu gənc neofaşistlərə, eləcə də Krımı işğal edənlərə lənət oxuyur.

Sonra da Rusiya ictimaiyyəti öz-özünə sual edir ki, yaxın, uzaq ölkələrdə onları nədən sevmirlər, niyə nifrət edirlər. 

Sevilməzliyin əyani sübutu budur: çox və güclü olanda başqalarına rəhm etməmək, təkləyib zorakılığa məruz qoymaq. 

Musavat.com

 

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org