Koronavirus peyvəndi dünyada 9 nəfəri dollar milyarderinə çevirdi

SAVASH.ORGsavash.org
Əczaçılıq şirkətlərinin koronavirusa qarşı peyvənd istehsalından qazanılan gəlir hesabına doqquz nəfər dollar milyarderinə çevrilib. Bu barədə “People’s Vaccine Alliance” qeyri-hökumət təşkilatının hesabatında qeyd olunub.
Hesabata əsasən, ABŞ-ın “Moderna” şirkətinin rəhbəri Stefan Bansel və Almaniyanın “BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahin yeni milyarderlər siyahısına başçılıq ediblər. İndi onların sərvəti 4,3 və 4 milyard dollar həcmində qiymətləndirilir. Reytinqə həmçinin “Moderna”nın direktorlar şurasının sədri Nubar Afeyan, amerikalı investorlar Timoti Sprinqer və Robert Lanqer, həmçinin İspaniyanın “Laboratorios Farmacéuticos Rovi” əczaçılıq şirkətinin direktorlar şurasının rəhbəri Xuan Lopes-Belmonte də daxil olub. Pandemiya dövründə həmçinin Çinin “Cansino” əczaçılıq şirkətinin üç həmtəsisçisi də milyarderə çevrilib. Yeni milyarderlərin sərvəti ümumilikdə 19,3 milyard dollar olub.