İtkin kimi axtarılan şəxsin minaya düşdüyü bildirilir

SAVASH.ORGsavash.org
Füzuli rayonun bir sakinin minaya düşdüyü bildirilir. Bu barədə Cəbrayıl Rayon Prokurorluğundan məlumat yayıblar. Prokurorluğun bildirməsinə görə, əvvəlcə mərhumun və onunla birgə daha iki şəxsin itkin düşməsi ilə bağlı onlara müraciət daxil olub. Açıqlamaya görə, ilkin araşdırma nəticəsində itkin düşmənlərdən birinə məxsus  “VAZ 2106” markalı avtomobilin  Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində  tank əleyhinə minaya düşərək partladığı müəyyən edilib. Məlumatda bildirilir ki, prokurorluq əməkdaşlarının hadisə yerinə baxışı zamanı həmin ərazidə itkin düşənlərdən birinin meyiti aşkar edilib. “Hazırda digər şəxslərin yerinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir” Açıqlamaya, hələlik, mərhum və itkin düşən şəxslərin yaxınlarının münasibətini almaq mümkün olmayıb. Son aylar Azərbaycanın işğaldan azad edilən ərazilərində həm bir çox mülki şəxslərin, həm də hərbi qulluqçuların minaya düşmələri nəticəsində həlak olduqları açıqlanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Xatırlatma Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi 24saat.org Mənbə – azadliq.org