İri dövlət şirkətləri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib

SAVASH.ORGsavash.org


Bugün, noyabrın 5-də prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən aşağıdakı dövlət qurumları İnvestisiya Holdinqinin idarəetməsinə verilib: 1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 5. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 6. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti 7. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti 8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 9. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 12. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti 13. “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti 14. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 15. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Bura habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki bir sıra qurumlar da aid edilib. Söhbət “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətindən, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətindən və “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyətindən gedir. Həmçinin, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyət və Dövlət Sığorta Kommersiya Şirkəti də onun tabeliyinə verilib. Bildirilir ki, siyahıda göstərilən qurumların idarə olunması ilə bağlı AİH-in nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər ölkə prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla onların idarəetməyə verildiyi gündən bu holdinqə keçir. Xatırlatma Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərmanı bu il avqustun 7-də imzalamışdı. Fərmanda qeyd edilirdi ki, dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, səmərəliliyinin, şəffaflığının artırılması, habelə xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.
24saat.org
Mənbə – azadliq.org