İrəvanda 19 yaşlı gənc güllələndi

SAVASH.ORGsavash.org


İrəvanda 19 yaşlı gənc odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Azərforum Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, hadisə bu gün gecə saatlarında baş verib. Abovyan tibb mərkəzinə odlu silahdan açılan atəş nəticəsində yaralanan bir nəfər vətəndaşın yerləşdirilməsilə bağlı polisə məlumat daxil olub.

İlkin tibbi yardım göstərildikdən sonra yaralı İrəvandakı xəstəxanalardan birinə aparılıb.  Yaralının 19 yaşlı Armen Poqosyan adlı şəxs olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org