İraqda PKK terrorçuları məhv edildi

SAVASH.ORGsavash.org


Eastnews.org-un verdiyi xəbərə görə, İraqın şimalında yerləşən Mətina bölgəsində PKK terrorçu qruplaşmasına aviazərbələr endirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda vurğulanır ki, keçirilən hərbi əməliyyat zamanı 9 PKK terrorçusu məhv edilib.

Xatırladaq ki, Türkiyənin İraqda keçirdiyi hərbi əməliyyatlar Bağdad hökuməti tərəfindən ərazi bütövlüyünün və suverenliyin pozulması kimi xarakterizə olunub.

 

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org