İraq rəsmiləri Bakıya gəlir

SAVASH.ORGsavash.org


İraq parlamentinin yüksək səviyyəli nümayəndə heyəti Azərbaycana gələcək.

“Qafqazinfo”nun İraq Xəbər Agentliyinə istinadən məlumatına görə, bunu parlamentin sədr müavini Həsən əl-Kaabi deyib.

Bildirilib ki, o, Azərbaycanın Bağdaddakı səfiri Nasir Məmmədovun rəhbərliyindəki heyəti qəbul edib.

“Nəcəf və Kərbəla Azərbaycan xalqının ən sevdiyi səyahət bölgəsidir”, – İraqla Azərbaycan xalqları arasındakı tarixi və dini bağlara toxunan Kaabi deyib.

O əlavə edib ki, N.Məmmmədov tərəfindən rəsmi dəvət alıblar:

“Yüksək səviyyəli bir heyətimiz Azərbaycana səfər edəcək. Bu səfər çərçivəsində iki qardaş ölkə arasında 15 maddəlik müqavilə imzalanacaq”.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org