“İnstagram”dan vacib funksiya gəlir

SAVASH.ORGsavash.org


Yeni funksiya istəkdən asılı olaraq aktivləşdirilə bilər.

Gent.az xəbər verir ki, şirkətin nümayəndəsi izah edib ki, yeni funksiyanın alqoritmi istifadəçilərə təhqiramiz sözlər və ifadələrdən ibarət mesaj sorğularını avtomatik gizlətməyə imkan verir.

“Bu alət şəxsi mesajlara sorğular üçün nəzərdə tutulub, çünki məhz bu bölmədə istifadəçilər adətən təhqiramiz mesajlar alırlar” – “Instagram”ın nümayəndələri qeyd ediblər.

Məlumata görə, filtrasiya istifadəçi postlarının altında yazılan şərhlərin filtrinə uyğun şəkildə işləyəcək. Məhdudiyyətlər məxfilik sazlamalarındakı yeni xüsusi bölmə vasitəsilə həm aktiv, həm də deaktiv edilə biləcək. Şirkət bu funksiyanın artıq bir neçə ölkədə tətbiqinə başlanıldığını bildirib və yaxın aylarda sözügedən funskiya digər ölkələr üçün də əlçatan olacaq.(ICTnews)

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org