İndoneziyada zəlzələdə azı 26 nəfər ölüb

SAVASH.ORGsavash.org


  Yanvarın 15-də erkən saatlarda İndoneziyanın Sulavesi adasında güclü zəlzələ azı 26 nəfərin həyatına son qoyub. Zəlzələdən bir xəstəxana yerlə-yeksan olub, bir neçə bina dağılıb. Torpaq sürüşmələri adamları gecə evlərini tərk etməyə məcbur edib. “Ölənlərin çoxu dağıntılar altında qalıblar”, – təbii fəlakətlər üzrə yerli agentlik rəhbəri Əli Rəhman deyib. O, ölü sayının artacağını bildirib. ABŞ Geoloji Xidməti zəlzələnin gücünün 6.2 bal olduğunu bildirir. 260 milyon nəfərin yaşadığı İndoneziya nəhəng arxipelaqdır. Bu zonada tez-tez zəlzələ, vulkan püskürmələri, sunamilər baş verir.
24saat.org
Mənbə – azadliq.org