İndoneziya sərnişin təyyarəsinin düşdüyü yerə dalğıclar göndərilib

SAVASH.ORGsavash.org


İndoneziya səlahiyyətliləri şənbə günü dənizə düşən Boeing 737 sərnişin təyyarəsinin tapıldığını bildirirlər. Məlumata görə, təyyarə heyəti ilə əlaqə havaya qalxandan  dörd dəqiqə sonra kəsilib. Təyyarədə 12 ekipaj üzvü və 62 nəfər sərnişin hamısının həlak olduğu deyilir. Təyyarə Cakartadan Pontianak (Qərbi Kalimantan əyaləti) istiqamətində hərəkət edirmiş. BBC-yə görə, yanvarın 10-da axtarış qrupları uçuş cihazından siqnal qeydə alıblar. Qəza yerinə axtarış-xilasetmə gəmiləri və hərbi dalğıc dəstələri göndərilib.  
24saat.org
Mənbə – azadliq.org