“İKT-də qızlar” mövzusunda beynəlxalq konfrans keçirilib

SAVASH.ORGsavash.org


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda “İKT-də qızlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib.

 

İİTKM-dən TED.az-a bildirilib ki, konfrans İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Texnologiyalarda Azərbaycan Qadınları Assosiasiyası – FEMMES DIGITALES, B.EST Solution və “Bloom Group”la birgə keçirilib.

 

V.Qasımlı bildirib ki, hər il aprel ayının dördüncü cümə axşamı qeyd olunan “Qızlar İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Günündə” – Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Telekommunikasiya Birliyi (BTİ) dünyanın ən sürətlə inkişaf edən sektorunda qızlar və qadınlar üçün texnologiya sahəsində karyera imkanlarının təşviqinin vacibliyini vurğulayır. Kodlaşdırma, tətbiqlərin hazırlanması və kompüter elmlərini öyrənən qızlar və gənc qadınlar sadəcə İKT sektorunda uğurlu karyera qura bilməyəcək, eyni zamanda, İKT bacarıqları seçilə biləcək digər sahələrlə müqayisədə tələbələr üçün sürətlə inkişaf edən böyük üstünlüyə çevriləcək.

 

Müxtəlif təhsil fənlərinin inteqrasiyası təhsil alanları daha da zənginləşdirə bilər. Bu ideya əsasında qızları onların texnologiyaya olan maraqlarından yaradıcılıq və bədii istedadlarını ifadə etmək üçün istifadə etməyə təşviq etmək olar. Gənc xanımların STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) bacarıqlarının və biliklərinin artırılması vacibdir. Azərbaycanda ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.

 

Azərbaycanda qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.

 

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faiz, sahibkarlar arasında isə 21,3 faizdir. Parlamentdə qadın deputatların xüsusi çəkisi 18,3 faizə çatıb.

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org