“Hindistan Rusiya ilə əməkdaşlığa köklənib”

SAVASH.ORGsavash.org


Rusiya və Hindistan hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Nyu-Dehli Birləşmiş Ştatların təzyiqlərinə baxmayaraq, bu məsələdə tərəddüd etmir. Bu barədə aprelin 6-da Rusiyanın xarici işlər naziri Serey Lavrov hindistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında bəyan edib.

Lavrov qeyd edib ki, Rusiya və Hindistanı «xüsusi əhəmiyyətli strateji həmkarlıq münasibətləri» bağlayır.

«Onların əsasnda bizim xalqlarımızın çoxillik dostluğu, aktual beynəlxalq problemlərə yönəlik mövqe yaxınlığı dayanır. Beynəlxalq məsələlərdə bir-birinin maraqlarını maksimum nəzərə almaq kimi həyatın təsdiqlədiyi qarşılıqlı hazırlığı xüsusi qeyd etmək istəyirəm. Bizim ikitərəfli siyasi dialoqumuz stabil olaraq yüksək səviyyədədir – hətta ciddi epidemioloji məhdudiyyətlər şəraitində belə» – Lavrov qeyd edib.

O, xəbər verib ki, Rusiya lideri Vladimir Putinin Hindistanın Baş naziri Narendra Modiyə şifahi mesajını hindistanlı həmkarı Cayşankara çatdırıb.

“AzPolitika.info”

Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org