Həbsdən çıxan kimi yeni konstitusiya tələb elədi

SAVASH.ORGsavash.org


  Qazaxıstanda tanınmış insan haqları fəalı, hökumətin tənqidçisi Maks Boqayev həbsdən buraxılıb. O, dərhal yeni konstitusiya tələbilə yürüş keçirib. 48 yaşlı fəalı ölkənin insan haqları qrupları siyasi məhbus hesab edirdilər. Beş ilədək həbs cəzası aldığı ekstremizm ittihamını siyasi motivli adlandırırdı. Fevralın 4-də həbsdən çıxandan bir neçə saat sonra Atırau şəhərində yürüşdə xalqa və beynəlxalq təşkilatlara dəstəyə görə təşəkkür edən Boqayev deyib ki, ölkədə dəyişiklik baş vermədiyi üçün fəaliyyətini davam etdirəcək. Boqayev 10 yanvar parlament seçkisini “saxta” adlandırıb. Seçkidə müxalifət partiyası iştirak etməyib. “Təəssüf ki, (keçmiş prezident Nursultan) Nazarbayev konstitusiyamızı tualet kağızına çevirib. Bizə yeni konstitusiya lazımdır”, – Boqayev deyib. Ölkənin müxtəlif regionlarından Boqayevlə görüşməyə onlarla fəal və jurnalist gedib. Amma polis onların Atırauya girməsinin qarşısını alıb.
24saat.org
Mənbə – azadliq.org