Güclü külək Qaxın bir neçə kəndini işıqsız qoydu

SAVASH.ORGsavash.org

Güclü külək Qaxın bir neçə kəndini işıqsız qoyub.

“Qafqazinfo”nun məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq sürən qeyri sabit hava şəraiti nəticəsində əsən güclü külək Qax rayonunda ciddi fəsadlar törədib.

Belə ki, iri gövdəli ağaclar külək nəticəsində elektrik xətlərinin üzərinə aşıb və nəticədə rayonun Üzümlü, Qaratala, Zəyəm və Qındırğa kəndləri işıqsız qalıb.

ASC nin Qax Elektrik Şəbəkəsinin işçi heyəti gücləndirilmiş iş rejimində işləyərək səhər saatlarında həmin kəndlərə elektrik enerjisinin verilməsini bərpa ediblər.

Hal hazırda qalan fəsadların aradan qaldlrılması istiqamətində işlər aparılır.



Mövzuları qaçırmayın!

OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.


Sonxeberler.org